Koreya müxalifətinin lideri Pusanda hücuma məruz qalıb

post-img

Cənubi Koreyanın müxalif Demokratik Partiyasının sədri Li Çje Myun liman şəhəri Pusanda olarkən hücuma məruz qalıb. "Yonhap" xəbər agentliyinin verdiyi məlumata görə, o, xəstəxanaya yerləşdirilib.

Li Myun Pusanda tikinti sahəsini ziyarət etdikdən sonra jurnalistlərin suallarını cavablandırarkən boynundan bıçaq yarası alıb. "Yonhap"ın məlumatına görə, naməlum şəxs siyasətçiyə avtoqraf almaq üçün yaxınlaşıb və sonra “təxminən 20-30 santimetr uzunluğunda naməlum silahla” hücum edib.

Hücumdan təxminən 20 dəqiqə sonra Li Myun xəstəxanaya aparılıb, vəziyyəti ilə bağlı məlumat verilməyib. "Yonhap"ın məlumatına görə, hücum edən şəxs yerindəcə saxlanılıb. Digər təfərrüatlar hələlik verilməyib.

59 yaşlı Li Myun siyasətçi, ictimai fəal və vətəndaş hüquqları üzrə hüquqşünasdır. 2010-2018-ci illərdə o, Seongnam şəhərinin meri, daha sonra 2021-ci ilə qədər Gyeonggi vilayətinin qubernatoru vəzifələrində çalışıb. 2022-ci ildə o, 47,83% səs topladığı Cənubi Koreyanın prezidentliyinə namizəd olub.

Yun Seok Yeol ölkə prezidenti təyin edildikdən sonra Li Myun onu "səriştəsiz və qəddar siyasətdə" günahlandırırdı və hökumət islahatları və hökumətdə dəyişikliklər tələb edirdi. 2023-cü ilin sentyabrında etiraz olaraq aclıq aksiyasına başlamışdı.

S.ELAY

XQ

Dünya