Yanvarın 1-nə keçən gecə Sankt-Peterburqun mərkəzində 3 minə yaxın əcnəbi vətəndaş saxlanılıb. Bu barədə "Fontanka" mənbələrə istinadən xəbər verir.
600-dən çox əcnəbi miqrasiya qanunvericiliyinin müxtəlif pozuntuları ilə Rusiyada olub. Onlarla bağlı inzibati protokollar tərtib edilib. Yüzdən çox miqrant Rusiyadan çıxarıla bilər.
Bundan əvvəl “Bumaqa” Sankt-Peterburqda miqrantların saxlanmasından yazmışdı. Nəşrin məlumatına görə, ən kütləvi həbslər Sankt-Peterburqun mərkəzində yerləşən “Qostini Dvor” stansiyasında baş verib. Uşaqları da avtobuslara mindiriblər. “Admiralteyskaya” metrostansiyası yaxınlığında da miqrantlar saxlanılıb.
Ötən gecə Sankt-Peterburqun mərkəzi Belqoroda dəstək əlaməti olaraq kütləvi şənliklərə bağlanıb. Dvortsovaya konserti də ləğv edilib. Nevski prospektinə girməzdən əvvəl piyadalar metal detektorlar vasitəsilə yoxlanılıb.
S.ELAY
XQ

