İsrail məhkəməsi Netanyahunun ilk məhkəmə islahatı qanununu ləğv etmək qərarına gəlib

post-img

İsrail Ali Məhkəməsi məhkəmə islahatları çərçivəsində hökumətin qərarlarına yenidən baxmaq səlahiyyətlərini məhdudlaşdıran qanunu ləğv etmək qərarına gəlib. Bu barədə "Reuters" agentliyi nəzarət orqanının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, İsrail Ali Məhkəməsi yüksək məhkəmənin bəzi səlahiyyətlərini zəiflədən və ümummilli etirazlara səbəb olan mübahisəli qanunu ləğv edib. Keçən yay bunu baş nazir Benyamin Netanyahu təsdiqləmişdi. Beləliklə, yenilənmiş qanunvericilik Ali Məhkəməni hökumətin və nazirlərin qərarlarını ləğv etmək üçün bütün vasitələrdən olmasa da, birindən məhrum etdi.

“Qanunun ləğvi barədə qərarı Ali Məhkəmənin kollegiyasında olan 15 hakimdən səkkizi dəstəkləyib”, -materialda qeyd olunur.

İslahata qarşı etirazlar 9 aydan çox davam edib. İslahat məhkəmə sistemindən hökumət üzərində təsir rıçaqlarının çıxarılmasını nəzərdə tutur ki, bu da etirazçıların fikrincə, hakimiyyətin üç qola - qanunvericilik, məhkəmə və icraçı hakimiyyətlərə bölünməsi sisteminin əsaslarını sarsıdır və diktaturanın bərqərar olmasına gətirib çıxarır.

S.ELAY

XQ

 

Dünya