Norveç Ukraynaya silah satacaq

post-img

Norveç hökuməti Norveç silahlarının və müdafiə məhsullarının Ukraynaya birbaşa satışına icazə verib. Bu barədə Norveç hökumətinin 1 yanvar tarixli rəsmi saytında verilən mesajda deyilir. İcazə həmin gün qüvvəyə minir.

“Rusiyanın təcavüzkar müharibəsi nəticəsində yaranan fövqəladə təhlükəsizlik vəziyyətində Ukraynanı dəstəkləməyə davam etməyimiz çox vacibdir. Ukraynanın dəstəyi Norveç və Avropanın təhlükəsizliyi üçün vacibdir. Biz qeyri-qanuni işğalçılıq müharibəsinin uzanmasının mümkünlüyünü qabaqcadan görməliyik. Buna görə də hökumət Norveçin müdafiə sənayesindən Ukraynaya silah və müdafiə məhsullarının birbaşa satışına icazə vermək qərarına gəlib”, - deyə ölkənin xarici işlər naziri Espen Bart Eyde bildirib.

Norveç şirkətləri artıq Ukraynada silah və müdafiə məhsullarının birbaşa satışı üçün ixrac lisenziyası üçün Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.

Dekabrda Norveç hakimiyyət orqanları Ukraynanın məktəblərinə və səhiyyə sisteminə dəstək üçün 273 milyon dollar, həmçinin Ukrayna silahlı qüvvələri üçün sursat və raket istehsalına 90,1 milyon dollar ayırmaq qərarına gəlib.

S.ELAY

XQ

Dünya