Kanada Ukraynanı əlavə NASAMS sistemləri ilə təchiz edib

post-img

Ottava Kiyevə əlavə NASAMS hava hücumundan müdafiə sistemləri və onlar üçün mərmilər verib. Bu barədə məlumatı Ukrayna prezidenti Vladimir Zelenski "Telegram" kanalında paylaşıb.

O, Kanadanın baş naziri Castin Trüdo ilə danışıqlar aparıb və ona silah tədarükünə görə təşəkkür edib. “Mən Castinə Ukrayna səmasının mühafizəsinin gücləndirilməsinə, xüsusən də əlavə NASAMS-ın tədarükünə kömək etmək istəyinə görə minnətdaram”, - deyə Zelenski bildirib.

O qeyd edib ki, kanadalı siyasətçi ilə Ukrayna üçün təhlükəsizlik təminatları üzrə danışıqların intensivləşdirilməsini müzakirə edib.

Sentyabrda Kanadanın Baş Qərargah rəisi general Ueyn Eyr NATO standartı olan 155 mm çaplı 40 min mərminin Ukraynaya tədarük edildiyini açıqlamışdı. Onların yarısı ABŞ-da istehsal olunub.

S.ELAY

XQ

Dünya