Suriyada RKK liderlərindən biri zərərsizləşdirilib

post-img

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın şimalındakı Əl-Tabqa bölgəsində keçirdiyi əməliyyat zamanı YPG (PKK-nın Suriya qanadı) liderlərindən biri Ömər Abdullah əl-Dəhhamı zərərsizləşdirib. Məlumatı “Anadolu” verib. 

Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbələrin bildirdiyinə görə, “Əbu Dəhham” kod adlı yaraqlı PKK/YPG-nin Suriyanın Əl-Təbqa bölgəsində törətdiyi terror fəaliyyətlərinə “məsul” olub və Türkiyəyə qarşı terror hücumlarının planlaşdırılmasında iştirak edib.

Müəyyən edilib ki, yaraqlı 2017-ci ildən Türkiyə Silahlı Qüvvələrinin “Fərat qalxanı” və “Sülh çeşməsi” əməliyyatları zonasındakı bazalarına qarşı terror aktları həyata keçirən qruplaşmanın tərkibində olub.

Terrorçunun hərəkətləri MİT-in xüsusi qrupu tərəfindən izlənilib. Terrorçu Əbu-Dahham Suriyanın Əl-Təbqa bölgəsində həyata keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

P.ƏMİRCANOV
XQ

Dünya