Himnur – xəzli kirpi

post-img

Smitson İnstitutunun Milli ­Təbiət Tarixi Muzeyinin (ABŞ) alimləri ­Cənub-Şərqi Asiyada yumşaq tüklü ­kirpilərin 5 yeni növünü aşkar ediblər.

Bu kirpi ailəsi Himnur adlanır. Bu kiçik məməlilərin dəriləri tikanlar əvəzinə, yumşaq tüklərlə örtülüb. DNT analizləri nəticəsində onların yeddi müxtəlif gen xəttinə malik olduğu ortaya çıxıb. Bunun üçün 232 fərdin ölçüsü, kəllə sümüyünün forması, dişləri və xəz xüsusiyyətləri araşdırılıb.

Qeyd edək ki, xəzli kirpilər gecə-gündüz aktivdirlər. Böcəklər, onurğasızlar və meyvələrlə qidalanırlar. Ağac kökləri, daşlar və xəzəl arasında yemək axtarır, çuxurlarda yuva qururlar.

Fidan 
XQ

 

Dünya