Günəşə bənzər 2 ulduz

post-img

Beynəlxalq alimlər qrupu Günəşə bənzər ulduzları olan iki yeni planet sistemi kəşf ediblər. Bu sistemlər TOI-1736 və TOI-2141 adlandırılıb. TOI-2141 planet sistemi bizdən 250 işıq ili məsafəsində yerləşən ulduzun ətrafında fırlanır. O, Günəşlə eyni ölçüdədir, lakin bir qədər yaşlıdır. 

Bundan əlavə, Günəşdən kimyəvi tər­kibinə görə də fərqlənir. Məlum olub ki, Günəş TOI-2141-dən bir qədər ağır ele­mentlərə malikdir. Ulduzun ətrafındakı or­bitdə TOI-2141b adlı planet aşkar edilib. Bu planet ulduzun ətrafında hər 18,26 gündə bir dövr edir. Onun səthindəki temperatur, təxminən, 450 dərəcə Selsidir. Sistemdə hələlik başqa planetlər aşkar edilməyib, la­kin elm adamları bunu istisna etmirlər.

İkinci sistem bizdən 290 işıq ili uzaqlıq­da yerləşən TOI-1736 ulduzunun ətrafında formalaşıb. O, xüsusilə temperatur və yaş baxımından Günəşə daha çox bənzəyir və ondan cəmi 15 faiz böyükdür. Bu sistemdə indiyədək iki planet kəşf edilib. 

PÜNHAN
XQ

Dünya