Donald Tusk Polşanın baş naziri kimi and içib

post-img

Polşanın yeni Baş naziri Donald Tusk bu gün keçirilən mərasimdə and içib. Məlumatı “Associated Press”ə istinadən “İzvestiya.ru” verib.  

Mərasim Varşavadakı prezident sarayında baş tutub. Yeni Nazirlər Kabinetinin üzvləri də and içiblər.

Bir gün əvvəl Polşa Seyminin (parlamentin aşağı palatası) deputatları Tusk hökumətinə etimad göstəriblər. Bundan əvvəl o, Nazirlər Kabinetinin tərkibini, o cümlədən Xarici İşlər Nazirliyinin (rəhbəri Radoslav Sikorski) tərkibini təqdim edib. Baş nazirin müavini və müdafiə naziri postunu Polşa Xalq Partiyasının lideri Vladislav Kosiniyak-Kamış tutub.

Bazar ertəsi deputatların əksəriyyəti Mateuş Moravetcki (Qanun və Ədalət Partiyası) hökumətinə etimad göstərmədiyini bildirib və ölkə hökumətini müxalifət lideri Tuskun formalaşdıracağı ilə bağlı təşəbbüsü dəstəkləyib.

Tuskun 66 yaşı var və 2014-2019-cu illərdə Avropa İttifaqı Şurasının sədri vəzifəsində çalışıb. Müxtəlif vaxtlarda o, həm də Avropa Xalq Partiyasının rəhbəri olub, eyni zamanda Polşa Respublikasının Senatında işləyib.

P.ƏMİRCANOV

XQ

Dünya