Rusiya prezidenti vətəndaşların müraciətlərini cavablandıracaq

post-img

Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də birbaşa xəttə çıxaraq, eyni vaxtda jurnalistlərin suallarını və vətəndaşların müraciətlərini cavablandıracaq. Bu barədə bu gün Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, birbaşa xəttdə həm də xarici medianın jurnalistləri iştirak edəcəklər: "Zalda jurnalistlər olacaq: federal media nümayəndələrimiz, bütün bölgələrdən jurnalistlər gələcək, xarici media da təmsil olunacaq", - o, brifinqdə deyib.

Peskob deyib ki, ölkə sakinləri artıq bir milyondan çox müraciət edib: “Artıq bir milyondan çox müraciət olunub, qəbul edilən müraciətlər vətəndaşlar tərəfindən hansı problemlərin daha kəskin şəkildə qəbul edildiyinin təhlili üçün əla sosioloji kəsişmədir, ümumiləşdirmə işləri davam edir”.

O əlavə edib ki, tədbirə jurnalistlər Pavel Zarubin və Yekaterina Berezovskaya moderatorluq edəcək.

Rusiya lideri ilə birbaşa xətt vətəndaşlara öz mövqeyini ölkə rəhbərliyinə çatdırmağa imkan verən ən güclü sosioloji sorğudur. Prezident vətəndaşların sual və şikayətlərini dinləyir, məsul şəxslərə tapşırıqlar verir.

P.ƏMİRCANOV
XQ

Dünya