Qətər Əmiri Şeyx Təmim ibn Həməd əl Sani Türkiyə ilə Qətər arasında Strateji Əməkdaşlıq üzrə Ali Komitənin Dohada keçirilmiş 9-cu iclasının nəticələrini yüksək qiymətləndirib. Məlumatı “Anadolu” verib.
Əmir X sosial şəbəkəsindəki hesabında qeyd edib ki, iclas iki ölkə arasında strateji münasibətlərin vəziyyətini qiymətləndirmək imkanı verib. Onun fikrincə, bu görüş, həmçinin "iki ölkə arasında ticarət-iqtisadi inteqrasiyanı gücləndirən və ortaq maraqları reallaşdıran daha yaxşı ikitərəfli tərəfdaşlıq vasitəsilə" əlaqələrin dərinləşməsinə töhfə verəcək".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri əl Taninin dəvəti ilə dekabrın 4-5-də Qətərdə rəsmi səfərdədir.
Türkiyənin dövlət başçısı əmirlə görüşüb və iki ölkə liderlərinin sədrliyi ilə Dohada keçirilən Türkiyə-Qətər Strateji Əməkdaşlıq üzrə Ali Komitəsinin 9-cu iclasında iştirak edib.
Türkiyə və Qətər liderlərinin iştirakı ilə müxtəlif sahələrdə əməkdaşlığa dair 12 saziş və 9-cu Ali Komitənin yekunlarına dair Birgə Bəyannamə imzalanıb.
Səfər çərçivəsində Türkiyə prezidenti Fars Körfəzi Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının iclasında da iştirak edəcək.
P.ƏMİRCANOV
XQ

