Türkiyədən Qəzzaya növbəti humanitar yardım göndərilib

post-img

Göyərtəsində dərman və tibbi ləvazimatlar olan C-130 Hercules hərbi-nəqliyyat təyyarəsi Türkiyənin Kayseri hava limanından Misirin Əl Ariş hava limanına yola salınıb. Məlumatı “Anadolu” verib. 

Qəzza sakinlərinə 8 tona yaxın humanitar yardım çatdıran Türkiyə Milli Müdafiə Nazirliyinə məxsus təyyarənin göyərtəsində tibb mütəxəssisləri və tibb bacıları da daxil olmaqla 9 səhiyyə işçisi var.

Misir Səhiyyə Nazirliyi ilə razılaşdırılmış planlar çərçivəsində yaralıların müalicəsinə həkim briqadası cəlb olunacaq.

Türkiyə indiyədək Qəzza zolağına 11 təyyarə və bir gəmi humanitar yardım, həcmi təxminən 700 ton olan dərman preparatları göndərib. Bundan əlavə, Misirin Əl-Ariş hava limanına 8 səhra xəstəxanası və 20 təcili yardım maşını çatdırılıb.

P.ƏMİRCANOV
XQ

Dünya