“Apple” şirkəti ABŞ-da bir simsiz qulaqlığın patentini alıb. Bu qulaqlıq bu günə kimi gördüyümüz bütün qulaqlıqlardan fərqlidir, çünki səs sümük vasitəsilə qulağa ötürüləcək. Sözügedən qulaqlıq AirPods 3 modeli olaraq təqdim ediləcək. Nəticə etibarilə simsiz qulaqlıq sahəsində yeni bir cığır açılacaq.
Qeyd edək ki, sümükdən səs alma texnologiyası xeyli müddətdir mövcud olsa da, bəzi səbəblərdən kütləvi istehsalı başlanmayıb. “Apple” şirkəti bu texnologiyanı bir sıra fərqliliklərlə yenidən gündəmə gətirib.
Cihazda 1-dən çox səs modulu olacaq ki, bu da daha keyfiyyətli və yüksək səs effekti deməkdir. Əgər layihə reallaşarsa, bu qulaqlıq vasitəsilə həm qulaqlığın ehtiva etdiyi səsləri, həm də olduğumuz məkandakı səsləri eşidə biləcəyik. Həmçinin onun suyun altında işləmək xüsusiyyəti də olacaq.
XQ