Azərbaycanda, Qızılağac Milli Parkında ilk dəfə “Flaminqo festivalı” keçirilib. Tədbirdə Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırkı vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkına aid rəmzlər nümayiş olunub.
Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də milli parkı ziyarət edən turistlər iştirak ediblər.
Dünən axşam saatlarınadək davam edən tədbirdə iştirakçılar Qızılağac Milli Parkı ərazisində qayıq və kvadrasikllarla gəzərək, körfəz ərazisində quş koloniyalarını müşahidə ediblər.
Festival çərçivəsində 1 milyon çəkikimi balıq körpəsi Qızılağac Milli Parkının körfəz ərazisinə, milli parkın faunasına xas olan turac quşları isə təbiətə buraxılıb.
XQ