“İrəvandan fərqli olaraq, Bakıya təzyiqlər səmərəsizdir”

post-img

“Azərbaycan və Ermənistanın mövqelərini nəzərə alsaq, Qərbin hansısa vədlər müqabilində Ermənistanla razılaşma əldə etməsi Azərbaycandan daha asan olacaq. Ola bilsin ki, Brüsseldə qəbul ediləcək sənəd əsasən Azərbaycan üçün faydalı olsun. Qərb və Vaşinqton qarşıdan gələn prezident seçkilərində tələsik irəliləyir və bu, dəyişikliklərə səbəb ola bilər. Bütün bunlar Azərbaycanın xeyrinə işləyə bilər.

Bu fikirləri rusiyalı politoloq Stanislav Tarasov Ermənistan mətbuatına müsahibəsində deyib.

“Bakı hər iki ssenariyə hazırdır. O, Ermənistan-Rusiya münasibətlərindəki problemlər qarşısında Moskvada və Qərb platformasında danışıqlara hazırdır. Bakı bu hərəkətləri ilə Qərbdə narahatlıq doğurur ki, bu da Toivo Klaarın fikrincə, anı əldən verə bilər. Bakı Vaşinqtonu danışıqlardan kənarda saxlayır, hesab edir ki, bu münasibətlər bərpa oluna bilər və qarşıdan gələn seçkilərlə əlaqədar indiki vəziyyət müvəqqətidir. Azərbaycan zaman keçdikcə ABŞ-la münasibətlərini normallaşdıra biləcək. İrəvandan fərqli olaraq, Bakı qətiyyətli hərəkət edir, ona təzyiqlər səmərəsizdir”, - deyə politoloq bildirib.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Siyasət