"Avroviziya 2024" seçiminin finalçıları

post-img

İctimai TV-nin keçirdiyi qısa video-müsahibədə Azərbaycanı İsveçdə, “Avroviziya 2024” səhnəsində təmsil etməyə namizəd olan ifaçılar 7 suala cavab verərək, özlərini izləyicilərə daha yaxından tanıdıblar.

İctimai TV-dən mətbuata bildirilib ki, na­mizədlər musiqi zövqləri, builki Avroviziya mahnıları, səhnə xəyalları barədə danışıb­lar.

Münsif səsverməsi nəticəsində finala keçən ifaçılar Aisel, Qorqud, Fahree, Mila Miles, İlkin Dövlətov və Etibar Əsədli trio­su, Səbinə Quluzadə və Emy Liadır.

N.AYTƏN
XQ

Dünya