Filippinin cənubundakı Burias bölgəsində dünən baş verən 6,7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 6-ya yüksəlib və 2 nəfər itkin düşüb.
XQ xarici mediaya istinadən xəbər verir ki, zəlzələdən zərər çəkmiş bölgələrdə ən azı 450 nəfərin tibbi yardıma ehtiyacı var.
Qeyd edək ki, dünyada ən çox seysmik bölgəyə malik ölkələrdən biri olan Filippin "Alov halqası" kimi tanınan Sakit Okean Seysmik Bölgəsində yerləşir.
Ayşən AZADOVA
XQ