Şansi əyalətində kömür mədəninə məxsus 4 mərtəbəli binada yanğın baş verib.
XQ xarici Global Times-ə istinadən xəbər verir ki, Çinin şimalında kömür mədəni şirkətinin binasında baş verən yanğında 26 nəfər ölüb.
Xilasedicilər binadan 70-ə yaxın insanı təxliyə edib, onlardan 63-ü yerli xəstəxanalara çatdırılıb.
Bina Şansinin ən böyük özəl müəssisələrindən biri olan Yongju Coal Group-a məxsusdur.
Ayşən AZADOVA
XQ