Türkiyə və Yunanıstan nümayəndə heyətləri iki ölkə arasında etimadın möhkəmləndirilməsi tədbirləri üzrə məsləhətləşmələrin növbəti raundu keçirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin X sosial şəbəkəsində yaydığı məlumatda deyilir. Xəbəri “Anadolu” verib.
Danışıqlar bazar ertəsi, noyabrın 13-də Ankarada Türkiyə Müdafiə Nazirliyinin binasında baş tutub. Görüşdə diplomatlar, yüksək rütbəli hərbçilər və mülki şəxslər iştirak ediblər.
Tərəflər iki ölkənin səlahiyyətli orqanları tərəfindən təsdiqləndikdən sonra 2024-cü ildə əvvəllər razılaşdırılmış “etimad tədbirləri”ni bərpa etmək və həyata keçirmək barədə razılığa gəliblər.
Açıqlamaya görə, məsləhətləşmələr müsbət atmosferdə keçib. Növbəti görüş Yunanıstanda baş tutacaq.
P.ƏMİRCANOV
XQ

