Netanyahu hərbi əməliyyatın üçüncü mərhələsinin başladığını elan edib

post-img

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi, oktyabrın 30-da bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı müharibənin üçüncü mərhələsinə başlayıb. Bu, quru hərbi əməliyyatlarının genişləndirilməsini nəzərdə tutur.

"Biz müharibənin ortasındayıq. Özümüzə aydın bir məqsəd qoymuşuq: HƏMAS-ın hərbi və rejim potensialını məhv etmək. Biz bunu sistemli şəkildə edirik", - Netanyahu vurğulayıb. Onun sözlərinə görə, artıq birinci “əyləc mərhələsi” başa çatıb. "İkinci mərhələ mütəmadi olaraq hava hücumlarını davam etdirir. Üçüncü mərhələ Qəzza zolağına qurudan nüfuzetmənin genişləndirilməsidir. Ordu bunu ölçülüb-biçilmiş, çox güclü addımlarla edir, sistemli şəkildə addım-addım irəliləyir", - deyə baş nazir bildirib.

Paralel olaraq, İsrail ordusu ölkənin şimalında Livanın islamçı "Hizbullah" qruplaşmasının cilovlanması üçün çalışır. "Bir daha "Hizbullah"a deyirəm: kampaniyaya tam şəkildə müdaxilə etmək qərarına gəlsəniz, həyatınızın səhvini edəcəksiniz. Təsəvvür etmədiyiniz zərbə alacaqsınız", - Netanyahu bildirib.

XQ

 

Dünya