Beyində “anonim” siqnallar

post-img

ABŞ-ın Vanderbilt Universite­tinin tədqiqatçıları insan beyninin sol yarımkürəsindəki ağ maddə­dən qəribə siqnalların gəldiyini üzə çıxarıblar. Bu siqnalların təbiəti, hələlik, naməlum qalır. 

Bu vaxta qədər elmi tədqiqatlarda bir qayda olaraq beynin boz maddəsinə diqqət yetirilirdi. Çünki oradakı sinir hü­ceyrələri insanın danışıq, qavrama, hiss və hərəkət qabiliyyəti ilə bağlıdır. Ağ maddə isə özlüyündə birləşdirici mate­rial sayılıb. O, aksion adlanan struktur­lardan ibarətdir ki, onlar beyin hücey­rələrinin həm bir-biri ilə, həm də digər hissələrlə bağlantısına cavab verir. 

Ağ maddənin siqnalları xeyli zəif və çətin aşkar ediləndir. Yeni tədqiqa­tın müəllifləri bu məsələni daha ətraflı öyrənmək qərarına gəliblər. Bundan ötrü alimlər bir qrup könüllüdən konkret hərəkətləri yerinə yetirməyi xahiş edib­lər. Əldə edilən nəticə bütün gözləntiləri arxada qoyub. 

İ.HƏSƏNQALA
XQ

Dünya