Mask “X”i tanışlığa yönəldir

post-img

Məşhur iş adamı İlon Mask “X” sosial şəbəkəsini tanışlıq saytına çevirmək niyyətindədir. O, bu barədə oktyabrın 26-da keçirilən videokonfransda məlumat verib. Sahibkar “X”in tanışlıq proqramına necə çevriləcəyini hələ ki açıqlamayıb.

Xatırladaq ki, İlon Mask “X” sosial şəbəkəsini (keçmiş “Twit­ter”) 44 milyard dollara ötən il satın alıb. O, əslən Cənubi Af­rika Respublikasındandır. “Spa­ceX”, “Tesla”, “The Boring Com­pany”, “Neuralink” və “OpenAI” şirkətlərinin həmtəsisçisidir. “Forbes” jurnalının hesablama­larına görə, Mask hazırda dün­yanın ən varlı adamıdır. 

Ayan NƏCƏF,
tələbə-jurnalist

Dünya