“Togg”ların yubiley paradı

post-img

Türkiyənin ilk yerli elektromobili olan “Togg” istifadəçiləri Cümhuriyyətin yaranmasının 100-cü ildönümünü Yavuz Sultan Səlim körpüsündə qeyd ediblər.

“TRT Haber”xəbər verir ki, Türkiyənin hər yerindən yüzlərlə “Togg” istifadəçisi öz maşını ilə bu bayramı qeyd etmək üçün İs­tanbula gəlib.

Xatırladaq ki, TOGG qardaş ölkənin yeni avtomobil brendidir. Ötən il istehsalına başlanılması­na baxmayaraq, artıq dünyada özünə çoxlu müştəri qazana bilib. 

Fidan YAQUBLU
XQ

Dünya