Pentaqon “Sentinel” qitələrarası raketinin istehsalına göstəriş verib

post-img

Pentaqonun hesabatında deyilir ki, Amerikanın hərbi-sənaye korporasiyası "Lockheed Martin" ABŞ Müdafiə Nazirliyindən Sentinel qitələrarası ballistik raketi üçün döyüş başlığının istehsalı məqsədilə təxminən 996,2 milyon dollarlıq müqavilə alıb. Layihənin 2039-cu ilin oktyabrında başa çatdırılması planlaşdırılır.

2024-cü ildə Pentaqon tədqiqat, inkişaf və sınaq üçün 26 milyon dollar ayıracaq. Podratçı Hava Qüvvələrinin nüvə silahları mərkəzidir.

Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi ölkədə xidmətdə olan əsas nüvə bombasının modernləşdirilmiş variantını - B61-i hazırlamaq planlarını açıqlamışdı. Nazirlikdən bildiriblər ki, modernləşdirməni Energetika Departamenti nəzdində ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) həyata keçirəcək.

XQ

Dünya