Blinken və Fidan arasında telefon danışığı

post-img

Dövlət Departamentinin məlumatına görə, ABŞ dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail münaqişəsini və İsveçin NATO-ya qəbulu perspektivlərini müzakirə ediblər. Məlimatı “İnterfaks.ru” verib.

“Həmsöhbətlər İsrail və HƏMAS arasında münaqişənin yayılmasının qarşısını almaq, girovların azad edilməsini təmin etmək və humanitar yardımı səfərbər etmək üçün regional liderlərlə qarşılıqlı əlaqənin zəruriliyini qeyd ediblər”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, Blinken və Fidan "İsveçin NATO-ya daxil olması istiqamətində irəliləyişi də müzakirə ediblər".

Ötən çərşənbə axşamı NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, İsveç yaxın gələcəkdə NATO-ya daxil olmalıdır. O, İsveçdə mətbuat konfransında deyib: “Mən İsveçin çox yaxın gələcəkdə NATO-ya üzv olmasını gözləyirəm”.

Onun sözlərinə görə, İsveç noyabrın 28-29-da alyans ölkələri xarici işlər nazirlikləri rəhbərlərinin görüşündən gec olmayaraq alyansa qəbul edilməlidir.

P.ƏMİRCANOV
XQ

Dünya