Moskva və Kiyev istəsə, Macarıstan evsahibliyi etməyə hazırdır

post-img

Macarıstan Moskva və Kiyev nümayəndələri arzu edərsə, onlar atasında danışıqlara ev sahibliyi etməyə hazırdır. Bunu oktyabrın 28-də Macarıstanın Xarici İşlər Nazirliyinin rəhbəri Peter Siyarto RİA Novosti-yə müsahibəsində bildirib.

“Yalnız hər iki tərəf istəsə, vasitəçilik edə bilərsiniz. Ona görə də bu, bizdən asılı deyil”, - deyə Siyarto Budapeştin vasitəçi kimi çıxış etməyə və Rusiya ilə Ukrayna arasında təmasların bərpa olunacağı təqdirdə danışıqlara ev sahibliyi etməyə hazır olub-olmaması barədə suala cavab verərkən deyib.

Budapeşt bir neçə dəfə Rusiya və Ukrayna nümayəndələrinə “hər kəsə bərabər və təhlükəsiz şərait təmin edən qərəzsiz, təhlükəsiz yer” olaraq, danışıqlar prosesi üçün platforma təklif edib.

P.ƏMİRCANOV
XQ

Dünya