Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz yatağı ətrafında hücum təşkil edilib.
TRT-Haber-in yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ qüvvələrinin yerləşdiyi Koniko qaz yatağının ətrafında naməlum silahlı insan hava aparatları (SİHA) ilə hücum təşkil edilib.
Hücumlar zamanı qaz yatağında itki olmayıb.
Mənbələr bildiriblər ki, Koniko yaxınlığında təbii qaz boru kəmərində də partlayış baş verib.
Partlayışın səbəbi hələlik məlum olmasa da, təbii qaz daşıyan boru xəttində yanğın baş verib.
Həmin hadisəlvrdən sonra ABŞ helikopterləri və pilotsuz uçuş aparatları uçuşa başlayıb.
Fərat çayının şərqindəki Deyr əz-Zor əraziləri ABŞ-ın dəstəklədiyi terror təşkilatı YPG/PKK-nın, əyalət mərkəzi və digər kənd yerləri isə Əsəd rejimi və İranın dəstəklədiyi qrupların nəzarəti altındadır.
Anar ƏLİ,
XQ