Türkiyə və İordaniyadan Qəzzaya səhiyyə yardımı

post-img

Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sosial media hesabında etdiyi paylaşımda Qəzzada xəstəxana hücumları ilə bağlı beynəlxalq həmkarları ilə görüşlər keçirdiyini, bu çərçivədə İordaniyanın səhiyyə naziri Əl-Həvari ilə də məsləhətləşdiklərini bildirib. 

“Anadolu” xəbər verir ki, görüş zamanı iki ölkənin əməkdaşlığının planlaşdırılması və koordinasiyası üçün görüşlərin başlanmasına qərar verildiyini bildirən nazir Koca həmkarı Əl-Həvarini digər ölkələrin səhiyyə nazirləri və Ümumdünya Səhiyyə Təşkilatının yüksək səviyyəli menecerləri ilə keçirdiyi görüşlər barədə məlumatlandırdığını bildiib. 

Nazir Fahrettin Koca deyib:

"Türkiyə olaraq fələstinli qardaşlarımıza kömək etmək üçün koordinasiyalı şəkildə birlikdə işləmək təklifi ilə çıxış etdim. Bu çərçivədə digər görüşlərimdə səhra xəstəxanasının yaradılmasına,  zərurət yarandıqda əlavə müayinə və müalicə üçün yaralıların ölkəmizə hava yolu ilə daşınmasına, tibbi personal dəstəyi, dərman və tibbi cihazların tədarükü mövzularında hazır olduğumuzu digər görüşlərdə olduğu kimi iordaniyalı həmkarıma da çatdırdım".

Nazir Koca açıqlamasında "Qəzzada 4 xəstəxan sıradan çıxarılıb. 14 sağlamlıq mərkəzi elektrik kəsilməsi və yanacaq tükənməsi səbəbindən xidmət göstərə bilmir. Tibbi dəstək və dərman yardımı əngəllənib. İnsanlıq və mərhəmət düz 13 gündür bağlanıb. Biz bu maneə ilə mübarizə aparırıq” deyib.

Anar ƏLİ,

XQ

Dünya