Paşinyan: Ermənistan tranzit prosedurlarını sadələşdirməyə hazırdır

post-img

Ermənistan regionda kommunikasiyaların bloklanması halında öz ərazisindən tranzit prosedurlarını sadələşdirməyə hazırdır. Erməni mətbuatı xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.

“Əgər bütün kommunikasiyalar ölkələrin suverenliyi prinsipi çərçivəsində açılarsa, Ermənistan prosedurları sadələşdirməyə hazırdır”, - N.Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları davam etdirə bilər.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya