Binəqədi və Abşeron rayonlarından Sumqayıt şəhərinə torpaq sahələri verilir

post-img

Binəqədi və Abşeron rayonlarından 3800 hektara qədər torpaq sahəsi Sumqayıta verilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb. Bu layihə hansı istiqamətlərdə vətəndaşların xeyrinədir?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Rzayev XQ-ə açıqlama verdi. “Sumqayıt Azərbaycanın ən böyük yaşayış məskənlərindən biridir. İndiki dövrdə bu şəhərə torpaq verilməsi zəruridir. Bu məqsədlə 3800 hektar torpaq sahəsi Binəqədi və Abşeron rayonlarından Sumqayıta verilmə məsələsi müvafiqdir. Burada xarakterik olan həm ərazilərdə uzun illərdir ki, Sumqayıt vətəndaşları məskunlaşıblar. Bu da Sumqayıtla bu ərazilərin qonşu olmasıdır. Belə olan halda uşaqların məktəbə getmələri, müəyyən sənədlərin toplanmasında bir çox çətinliklər yaradırdı. Deməli, bu ərazilərdə Sumqayıtlılar yaşayırlarsa, onlara verilməsi də qanuna uyğun hal hesab edilir. Digər tərəfdən bu həm də vətəndaşların rahatlığı üçündür. Belə ki, yaşadıqları ünvandan özlərinə lazımi sənədləri əldə edə biləcəklər.

Eyni zamanda, bu qanun layihəsi ilə Sumqayıtın inkişafı daha da sürətlənəcək. İri müəssisələr, xarici investorların qoyduğu xərclər və bu kimi bəzi amillər torpaq ehtiyacına səbəb olur.  Bu təbii ki, düzgün bir gedişatdır”.

Şahanə XANKİŞİYEVA

 



İqtisadiyyat