Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Burmistrov RİA Novosti-yə bildirib ki, Rusiya Federasiyası Çin və KXDR ilə soyuq müharibə ruhunda ittifaq yaratmağı planlaşdırmır.
“Azsaylı heyət" formatlarının yaradılması ABŞ-ın “azad və açıq Hind-Sakit Okean regionu” konsepsiyası çərçivəsində Asiya-Sakit okean regionunda öz hökmranlığını saxlamaq xəttinə uyğundur. Biz Soyuq Müharibə ruhunda antaqonist ittifaqlar yaratmaq məqsədi güdmürük”, - deyə o, Rusiya Federasiyası, Şimali Koreya və Çin Xalq Respublikasının ABŞ-Koreya-Yapon ittifaqına qarşı ittifaq yaradıb-yaratmayacağı sualına cavab verib.
Sentyabr ayında Şimali Koreya lideri Kim Çen In ABŞ və müttəfiqlərinin hərəkətlərinin qlobal “ikinci soyuq müharibə”nin yaranmasına səbəb olduğunu iddia etmişdi.
S.ELAY
XQ