Korrupsiyada ittiham olunan ABŞ senatoru Bob Menendezə qarşı davam edən məhkəmə prosesində indi də qeydiyyata alınmış xarici agent ittihamı irəli sürülüb. Məlumatı “Anadolu” yayıb.
İndiyədək federal miqyaslı üç cinayətdə ittiham olunan Menendez hazırda həyat yoldaşı Nadin Arslanyan və Nyu-Cersidən olan biznesmen Vael Xanla birlikdə xarici agent funksiyasını yerinə yetirən dövlət məmuru olmaqda ittiham olunur.
İttiham aktında deyilir ki, bu üçlük 2018-ci ilin yanvarından 2022-ci ilin iyununa qədər “bilərəkdən və məqsədli şəkildə” cinayət əlaqəsinə girərək Menendezi Misir hökuməti və rəsmi şəxslərinin xüsusi xarici agenti olmağa vadar edib. Senator üç biznesmenin və Misir hökumətinin maraqları naminə özünün xidməti vəziyyətindən istifadə edərək, bununla da ştatların və federal hakimiyyətin apardığı istintaqın nəticələrinə təsir göstərərək və hökumətin məhdud girişli informasiyasını Qahirəyə ötürərək rüşvət almaqda ittiham edilir.
Bu ilin sentyabrında Menendes, həyat yoldaşı, Daibes, Uribe və Xan soyadlı şəxslər rüşvətxorluq və vəzifə saxtakarlığında, səlahiyyətlərindən sui-istifadə ittiham ediliblər. Senator və həyat yoldaşı əlavə olaraq hədə-qorxu ilə pul tələb etməkdə də ittiham olunurlar.
P.ƏMİRCANOV
XQ