“Pifaqor teoremi”nin müəllifi kimdir?

post-img

ABŞ-nın Rutgers Universitetinin riyazi statistika üzrə fəlsəfə doktoru Bryus Ratnerdir Pifaqorun doğulmasından min il əvvəl “Pifaqor teoremi”nin tətbiqinə dair maddi sübutlar əldə edib. 

Həmin məlumatlar eramızdan əvvəl 1800–1600-cü illərə aid qədim Babil­də tapılan gil lövhənin üzərində cızılıb. Lövhədə Pifaqor teoreminin birbaşa is­batı yoxdur, lakin teoremin tətbiq edildi­yini göstərən hesablamalar var. 

Qədim yunan filosofu Pifaqor, eyni zamanda, bir çox elmi nəzəriyyələrin yaradıcısı idi. Onun ən məşhur elmi kəşfi “Pifaqor teoremi” adlanan düzbu­caqlı üçbucağın hipotenuz ilə katetləri­nin nisbəti qanunudur. Cüt və tək ədədli rəqəmlər haqqında riyaziyyat təlimini, rəqəmlərin həndəsi anlamı nəzəriyyəsi­ni də Pifaqor kəşf etmişdir.

S. FİDAN
XQ



Dünya