Alimlər yeni lazer qurğusundan istifadə edərək səmada ildırımın istiqamətini dəyişməyi bacarıblar. Bu barədə “Amerikanın səsi” məlumat yayıb.
Bu yenilik ildırım vurması nəticəsində yaranan yanğınların və ölümlərin qarşısını ala bilər. Lazerlər ABŞ-də hər il orta hesabla 43 nəfərin ölümünə səbəb olan təhlükəli hallardan qorunmaq üçün istifadə edilə bilər.
Yeni aparatı sınaqdan keçirmək üçün alimlər 3 tonluq lazer aparatını İsveçrədəki 2 min metr yüksəklikdəki Santis dağına gətiriblər.
Bu yerin üstünlüyü burada çox sayda ildırım vurmalarını dəqiq qəbul edən 400 metrlik rabitə qülləsinin yerləşməsidir.
S.FİDAN
XQ