Planetin “ağciyərləri”

post-img

Amazon cəngəlliyi Yer kürəsindəki oksigenin əhəmiyyətli bir hissəsini istehsal edir, eyni zamanda böyük miqdarda karbon dioksidi udur. Məhz buna görə onu “planetin ağ ciyərləri” adlandırırlar.

Qeyd edək ki, Amazon meşələri Cənu­bi Amerikada Braziliya, Kolumbiya, Peru və Venesuela kimi ölkələrin ərazisində Amazon adlı geniş coğrafi bölgədə yerlə­şir. Ərazidən dünyanın ən böyük sulu çayı olan Amazon axır. Bölgə başdan- başa sıx tropik meşələrlə örtülüdür. Eyni zamanda buranın olduqca zəngin faunası var. 

Amazon meşələri 5,5 milyon kvadrat kilometr ərazini əhatə edir. Təəssüf ki, Braziliya və digər qonşu ölkələrdə son il­lər sənayeləşmə prosesinin sürətlənməsi meşələrin kütləvi qırılmasına səbəb olur. 

Ekofəallar buna etirazlarını bildirsələr də, hələlik problemin həlli istiqamətində təsirli tədbirlər görmək mümkün olmur.

XQ

Ekologiya