“WhatsApp”da parolla bloklama

post-img

“WhatsApp” paroldan istifadə edərək söhbətləri bloklamaq üçün yeni funksiyasını təqdim edib. Yenilik artıq bəzi istifadəçilər üçün əlçatandır. 

“WhatsApp”ın Android üçün 2.23.21.8 nömrəli beta versiyasında paroldan istifadə etməklə messencer­də çatları bloklamaq mümkün olub. Üstəlik, smartfonun kilidini açmaq üçün bir cihaz parolu, biometrik məlumat və ya paroldan fərqli kod istifadə etməklə söhbətlər bloklana bilər. 

Söhbətləri əlavə parol ilə qorumaq imkanı, hətta kimsə cihazın ekran kilidi parolunu tapsa və smartfona giriş əldə etsə belə, yazışmaların təhlükəsizli­yini əhəmiyyətli dərəcədə artırır. Bun­dan əlavə, bloklanmış söhbətlər parol daxil edərkən açılan ayrıca bölmədə göstərilir. Bu yolla təcavüzkarlar hətta gizli söhbətlərin siyahısını belə görə bilməyəcəklər.

Söhbətlərin bloklanması üçün parol təyinetmə funksiyası işlənmə mərhələ­sindədir və Android və iOS sistemlərin­də messencerin gələcək yeniləmələ­rindən birində “WhatsApp”ın stabil versiyalarının istifadəçiləri üçün əlça­tan olacaq.

XQ

Dünya