Ərdoğanın İstanbulun azad olunmasının 100 illiyi ilə bağlı təbriki

post-img

Müstəqillik uğrunda mübarizə türk xalqının qəhrəmanlıqı və qətiyyəti sayəsində qələbə ilə sonuclandı. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulun azad edilməsinin 100 illiyi münasibətilə təbrik məktubunda deyilir. Məlumatı “Anadolu” verib.

Məktubda prezident ölkə vətəndaşlarını İstanbulun düşmən işğalından azad edilməsi münasibətilə təbrik edib.  

Ərdoğan bildirib: “Müstəqillik uğrunda mübarizə Vətəni öz həyatlarından üstün tutmuş qəhrəmanlarımızn və veteranlarımızın əvəzsiz igidliyi, eləcə də xalqımızın müstəqillik və azadlığı qətiyyətlə qoruması sayəsində qələbə ilə başa çatdı. Biz qədim sivilizasiyanın varisliyi, onun nailiyyətlərinin, böyüklüyünün qorunması, eyni zamanda, gələcəkdə bunların yeni uğurlarla möhkəmləndirilməsi əsasında qurulmuş respublikamızı bütün qətiyyətimizlə  qorumaq üzərində işləyirik”. 

P.ƏMİRCANOV

XQ

 

Dünya