Ağdamın Sırxavənd kəndi ərazisində 10 hektara yaxın ərazidə kultivasiya üsulu ilə yetişdirilən çətənə kolu plantasiyası aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sırxavənd kəndi Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatçılardan təmizlənib.
Vaxtilə ərazi separatçılar tərəfindən mühafizə olunurmuş. Burada gözətçi qülləsi də var. Axtarış zamanı ərazidən 4 ədəd avtomatı aşkarlanıb.