Beynəlxalq Astronavtika Konqresi 2026-cı ildə Antalyada keçiriləcək

post-img

2026-cı ildə Beynəlxalq Astronavtika Konqresi Türkiyənin Antalya şəhərində keçiriləcək.

Bunu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi pavilyonunda stendlərin mükafatlandırma mərasimində “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.

Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Səudiyyə Ərəbistanı, İtaliya Kosmik Agentliyi, Çin Astronavtlar Assosiasiyası, “Airbus” şirkəti, Yaponiyanın JAXA Kosmik Agentliyi, Polşa Kosmik Agentliyi, Milanın “Plan-S” şirkəti və Türkiyə Kosmik Agentliyinin stendləri mükafatlandırılıb.

İqtisadiyyat