ABŞ İspaniyaya “Patriot” sistemləri satacaq

post-img

ABŞ İspaniyaya ümumi məbləği təxminən 2,8 milyard dollar dəyərində “Patriot Configuration-3+” hava hücumundan müdafiə sistemi və avadanlıqlarının satışını təsdiqləyib.

Bunu ABŞ-ın Müdafiə Nazirliyi açıqlayıb.

Qeyd edilib ki, İspaniya ilə mövcud müqavilələrin icrası üçün ABŞ Dövlət Departamentinin milli qanunvericiliyə uyğun olaraq verdiyi icazə alınıb. Amerika administrasiyası qərarları barədə artıq ABŞ Konqresini xəbərdar edib. Yeni silah müqaviləsinin həyata keçirilməsinə yekun razılıq verməli olan ABŞ qanunverici orqanının indi onu öyrənmək üçün 30 gün vaxtı var.

Nazirlik əminliyini ifadə edib ki, saziş ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərməyəcək.

Dünya