Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TBMM-də çıxışı zamanı bəyan edib ki, Ankara beynəlxalq arenada özünü etibarlı tərəfdaş kimi göstərib. Məlumatı “Anadolu” verib.
Ərdoğan deyib: “Qarabağdan Liviyaya, Suriyadan Somaliyə qədər bütün qardaşlarımız yaxşı bilirlər ki, Türkiyə ilə dostluq nə qədər qiymətlidir. Elə bir ölkə, cəmiyyət və struktur yoxdur ki, Türkiyəyə qarşı düşmən siyasəti yürütsün və bundan xeyir görsün”.
Onun sözlərinə görə, sözügedən regionlarda Türkiyə “işğala və diskriminasiyaya qarşı çıxaraq, ədalətə, legitimliyə və insanların həyatlarının qorunmasına əsaslanıb. Biz dostlarımızın sayını artırmağa çalışırıq. Uzatdığımız dostluq əllərini tutanlarla ümumi maraqlar əsasında yol getməyə hazırıq”.
Prezident xatırladıb ki, Azərbaycanın hamı tərəfindən tanınmış ərazisi olan Qarabağ 30 ildən sonra azad edilib və ədalət qalib gəlib.
P.ƏMİRCANOV
XQ