Ərdoğan: Türkiyədə terror təşkilatlarının dirçəlməsi mümkün deyil

post-img

Türkiyədə sülh və sabitliyi pozmağa çalışan terrorçular heç vaxt öz məqsədlərinə çata bilməyəcək. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada DİN-in binası qarşısında törədilmiş terror aktına münasibət bildirərkən bəyan edib. Məlumatı “Anadolu” verib. 

Ərdoğan Türkiyə BMM-in payız sessiyasının açılışında bildirib ki, baş verənlər “terrorçuların son çırpıntılarıdır”. 

Onun sözlərinə görə, Türkiyədə FETÖ və ona bənzər terror təşkilatlarının dirçəlişi mümkün deyil. 

Xatırladaq ki, oktyabrın 1-də səhər saat 9.30 radələrində Türkiyə DİN Təhlükəsizlik Baş İdarəsinin qarşısında terror aktı törədilib. DİN başçısı Əli Yerliqaya deyib ki, terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. İki polis əməkdaşı yüngül yaralanıb. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya