Putin Ukraynada vuruşmaq üçün könüllü dəstələrinin yaradılmasını müzakirə edib

post-img

Rusiya Prezidenti Vladimir Putin müdafiə nazirinin müavini Yunusbek Yevkurov və istefada olan polkovnik,  “Vaqner” qrupunun sabiq qərargah rəisi Andrey Troşevlə görüş keçirib. Bu barədə Kremlin saytına istinadən “İzvestiya.ru” məlumat verib. 

Məlumata görə, dövlət başçısı onlarla xüsusi hərbi əməliyyat zonasına göndərilmək üçün könüllü dəstələrinin formalaşdırılmasını müzakirə edib. Putin xatırladıb ki, Tpoşevlə sonuncu görüşü zamanı müxtəlif hərbi vəzifələrin yerinə yetirilməsi üçün belə korpusların yaradılması barədə danışıb. 

“Siz özünüz iki ildən artıq bu cür dəstələrdə vuruşmusunuz. Bunun nə olduğunu, nə etmək lazım gəldiyini, hərbi işin daha yaxşı və daha uğurlu getməsi üçün  əvvəlcədən hansı işlərin görülməli olduğunu bilirsiniz”, - deyə RF Prezidenti bildirib. 

 

P.ƏMİRCANOV

XQ

 

Dünya