Türkiyə MTŞ: Sülhün yolu Azərbaycanın ərazi bütövlüyünün tanınmasından keçir

post-img

Cənubi Qafqaz regionunda sülhün yolu bütün tərəflərin Azərbaycanın ərazi bütövlüyünü sözsüz tanımasından keçir. Bu barədə  Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilmiş Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılmış yekun bəyanatda bildirilir. 

XQ “Anadolu”ya istinadən xəbər verir ki, Türkiyə Milli Təhlükəsizlik Şurası regionun bütün ölkələrinin rifahının yaxşılaşdırılması üçün götürülmüş bütün öhdəlikləri yerinə yetirməyə çağırıb. 

Bəyanatda qeyd olunur ki, Türkiyə regionda ədalətli və dayanıqlı sülhün yaradılması üçün hər cür səy göstərməkdə davam edıəcək. 

P.ƏMİRCANOV

XQ

 

Dünya