“OpenAI” şirkəti “ChatGPT”nin internetə bağlanacağını açıqlayıb. Söhbət çatbotu istifadəçilərə ən son məlumatları vermək üçün internetdə axtarış edə biləcək.
Süni intellektlə işləyən sistem əvvəllər 2021-ci ilin sentyabr ayına qədər olan məlumatlardan istifadə edirdi. Bu yenilənmə sayəsində istifadəçilər AI robotuna cari hadisələr və xəbərlər haqqında suallar verə biləcəklər. Bu xüsusiyyətin bütün istifadəçilər üçün pulsuz olacağı bildirilib.
Qeyd edək ki, “ChatGPT” bu ilin əvvəlində ən sürətlə böyüyən proqram olub və aylıq 100 milyon aktiv istifadəçiyə çatıb.
AYTƏN
XQ