Braziliyada əbədi olaraq itdiyi güman edilən “holli” ağacı (“Ilex sapiiformis”) yenidən kəşf edilib. Dünyanın tanınmış botanikləri son 186 il ərzində onun axtarışı ilə məşğul olublar. Nəhayət iki əsr sonra bu növdən dörd ədədi tapılıb.
Sonuncu dəfə bu ağaca 1838-ci ildə təbiətşünas Corc Qardner rast gəlmişdir. Həmin illər ərzində Braziliyanın Atlantik tropik meşələri indiki dövrdən fərqli olaraq daha sıx idi. Bu gün isə həmin ərazidə “təxminən” 85 faiz ağac qırılaraq, məhv olub.
F. SALMANLI
XQ