Avropa Komissiyası Ukraynaya əlavə olaraq 1,5 milyard avro ayırıb

post-img

Avropa İttifaqı Ukraynaya əlavə olaraq 1,5 milyard avro makromaliyyə yardımı ayıracaq.

Bu barədə Avropa Komissiyası X sosial şəbəkəsində məlumat yayıb.

"Biz aydan-aya ehtiyaclarını ödəməyə kömək etməklə yanaşı, çiçəklənən ölkənin yenidən qurulmasında rol oynamağa davam edirik"-Aİ-nin məlumatında deyilir.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen sentyabrın 21-də bəyan edib ki, Aİ növbəti dörd il ərzində Ukraynaya 50 milyard avro məbləğində yardım ayırıb.

O, əlavə edib ki, 2023-cü ildə daha 12 milyard avro maaş və pensiyaların ödənilməsinə, həmçinin xəstəxanaların, məktəblərin və digər sosial xidmətlərin işini dəstəkləməyə gedəcək.

Bundan əlavə, Avropa İttifaqı Ukraynanın ehtiyaclarını ödəmək üçün sursat istehsalını artırır.

S.ELAY

XQ

Dünya