Paris prokurorluğu Marin Li Peni korrupsiyada ittiham edir

post-img

Paris prokurorluğu Fransanın ultrasağçı “Milli Birlik” (əvvəllər “Milli Cəbhə”) partiyasının lideri Marin Li Peni və siyasi təşkilatın yaradıcısı olan atasını, eləcə də 23 partiyadaşını Avropa İttifaqının vəsaitlərini təyinatı üzrə xərcləməməkdə ittiham edir. Bu barədə “İzvestiya.ru” məlumat yayıb. 

İstintaqa 2016-cı ilin dekabrında başlanıb. Prokurorlar aydınlaşdırmağa çalışıblar ki, partiya Avropa parlamentarilərinin köməkçiləri üçün nəzərdə tutulmuş pulları partiyada işləyən əməkdaşlara ödəyibmi. Nəticədə 2004-2016-cı illərdə 49 köməkçinin işə düzəlməsi ilə bağlı vəziyyət öyrənilib. Buna səbəb Fransa parlamentinin Li Penlə bağlı hesabatı olub. Bildirilib ki, AP-nin deputatı olan Li Penin bəzi köməkçiləri qeyri-qanuni olaraq  həm də onun partiyasında yüksək vəzifələr tutublar. 

Bəzi məlumatlara görə, Marin Li Pen 2025-ci ildə məhkəmə qarşısına çıxarılacaq. 

P.ƏMİRCANOV
XQ

Dünya