İrəvan polisi 100-dən çox aksiya iştirakçısını saxlayıb

post-img

Xəbər verdiyimiz kimi, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefası məqsədi ilə kütləvi aksiyalarını davam etdirir. Bu gün İrəvanda 100-dən çox aksiya iştirakçısı saxlanılıb. Məlumatı TASS verib.

Dünən Ermənistan müxalifəti Paşinyan və onun hökumətinin hakimiyyətdən uzaqlaşdırılması üzrə fəaliyyətləri əlaqələndirəcək milli komitənin yaradıldığını bəyan edib. Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, bundan başqa, parlament müxalifəti Paşinyanın impiçmenti prosesinə təşəbbüs göstərir.

Nikol Paşinyan isə bildirib ki, o, heç bir şərtdə hakimiyyətdən əl çəkməyəcək və nəyin bahasına olursa olsun, onu qoruyub saxlayacaq.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya