Raket mühərriklərinin gələcəyi: Yaponiyanın metanla işləyən raketi

post-img

Yaponiyada yeni nəsil daşıyıcı raket üçün metan mühərriki hazırlanacaq. Yaponiya KİV-nin məlumatına görə, mühərriki yerli Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və “Mitsubishi Heavy İndustries” birgə hazırlayacaq. Məlumatı “İnterfaks.ru” verib. 

Birinci mərhələsinə başlanıldığı qeyd edilən mühərrikin tərtibatı plana uyğun davam edərsə, yeni raketin ilk buraxılışı təxminən 2030-cu ildə baş tutacaq. 

Metan Yaponiyada məişət qazının əsas maddəsidir. Hidrogenlə müqayisədə bir sıra üstünlükləri var. Metan həm də idarəetmə asanlığı və azaldılmış partlama riski ilə tanınır ki, bu da onu raket hərəkəti üçün daha təhlükəsiz edir. JAXA və “Mitsubishi Heavy Industries”ə görə, bu üstünlüklər işə salınma xərclərini azaltmağa kömək edəcək.

Gələcəkdə metanla işləyən raketlər Yaponiyanın 2000-ci illərdən istismarda olan köhnəlmiş H2A əvəzinə istifadə etmək niyyətində olduğu H3 daşıyıcı aparatını əvəz edəcək.

 

Rizvan FİKRƏTOĞLU

XQ

Dünya